Yanvarda bankların xarici öhdəlikləri azalıb?

16:30 - 27.02.2024


27 fevral, Fineko/abc.az. Azərbaycanda bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən yanvar ayında 102 mln. manat azalsa da, illik müqayisədə yuxarıdır.

ABC.AZ Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat müddətinin sonuna xarici öhdəliklər 2 mlrd. 496.1 mln. manat təşkil edib. 

Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesablarının həcmindəki azalma ilə əlaqədardır.

2023-cü ilin əvvəlində bankların xarici öhdəliklərinin həcmi 1 mlrd. 815 mln. manat idi.

Bütün xəbərlər