Yanvarda dövriyyədə olan ödəniş kartlarının sayı 316 min ədəd artıb

16:36 - 27.02.2024


27 fevral, Fineko/abc.az. Banklar və “Azərpoçt” MMC sistemləri üzrə yanvar ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı 17 milyon 241 min ədəd təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, kartlar ötən aya nəzərən 316 min ədəd artıb. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 24.4% çoxalma deməkdir.

Ödəniş kartlarında artım debet kartları üzrə 25%, kredit kartları üzrə 20.7% təşkil edib.

Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 139 min, kredit kartları 383 min, digər kartlar isə 2.8 mln. ədəd artıb.

Bütün xəbərlər