Qazaxıstan banklarında kart almaq və hesab açmaq çətinləşəcək

16:40 - 27.02.2024


27 fevral, Fineko/abc.az. Fevralın 24-dən etibarən Qazaxıstanın qeyri-rezidentləri tərəfindən FİN qeydiyyatı yalnız şəxsiyyəti müəyyənləşdirmək üçün şəxsi müraciətlə mümkündür.

ABC.AZ xəbər verir ki, daha öncə Qazaxıstanda etibarnamə nümayəndəsi vasitəsi ilə FİN məsafədən açmaq mümkün idisə (almaq üçün notariat etibarnaməsi, təsdiq edilmiş notariat skanları və ərizə lazım idi), indi FİN almaq üçün əcnəbi şəxsən Qazaxıstanın qeydiyyat dövlət orqanına gəlməlidir.

Fərdi identifikasiya nömrəsi (FİN) bütün dövlət və maliyyə əməliyyatları üçün bir dəfə həmişəlik verilir: Qazaxıstan rabitə operatorundan sim kart almağa, bank hesabları və kartları açmağa, dövlət qurumlarına müraciət etməyə imkan verir.

Bütün xəbərlər