Yanvarda bankların kredit portfeli belə olub - RƏQƏMLƏR

16:53 - 27.02.2024


27 fevral, Fineko/abc.az. Yanvar ayında bankların kredit portfeli 1.7% və ya 383.4 mln. manat artaraq 23,566.4 mln. manat olub.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, kredit portfelinin strukturu aşağıdakı kimidir:

ı) biznes kreditləri – 54.8% (12,912.9 mln. manat);

ıı) istehlak kreditləri – 29.7% (7,008 mln. manat) və

ııı) ipoteka kreditləri – 15.5% (3,645.5 mln. manat).

Ay ərzində biznes, istehlak və ipoteka kreditləri müvafiq olaraq 296.1 mln. manat (+2.3%), 71 mln. manat (+1%) və 16.3 mln. manat (+0.4%) artıb.