Qazaxıstan Orta Dəhlizin inkişafı üçün Dünya Bankına müraciət etdi

17:05 - 27.02.2024


27 fevral, Fineko/abc.az. Qazaxıstan Orta Dəhlizin inkişafı üçün uzunmüddətli strategiyanın hazırlanması məsələsi ilə bağlı Dünya Bankına müraciət edib.

ABC.AZ xəbər verir ki, bu müraciəti Qazaxıstan Nəqliyyat Nazirliyinin Nəqliyyat Siyasəti Departamentinin direktoru Sapar Bektasov Dünya Bankının “Orta ticarət və nəqliyyat dəhlizi: Yüklərin üç dəfə artırılması və daşınma müddətini yarıya endirmək üçün siyasətlər və investisiyalar” adlı tədqiqata həsr olunmuş regional tədbir zamanı səsləndirib.

Onun sözlərinə görə, Qazaxıstan dövlət səviyyəsində özü üçün beşillik planlar müəyyən edir, mövcud problemlərə və bazar tələbinə əsaslanır.

“Lakin Avropaya çıxışı olan Qafqaz regionu vasitəsilə Mərkəzi Asiya regionunu Qara dəniz ölkələri ilə birləşdirən yüksək nəqliyyat potensialını nəzərə alaraq, biz ölkələr arasında eyni vaxtda və bir-biri ilə əlaqəli tədbirlər görməliyik”, – Sapar Bektasov qeyd edib.