Azərbaycan məhsulları "Alibaba" vasitəsi ilə satışa çıxa biləcək - Sənəd imzalandı

17:16 - 27.02.2024


27 fevral, Fineko/abc.az. Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Çinin elektron ticarət nəhəngi “Alibaba Group” arasında Anlaşma Memorandumu imzalanıb.

ABC.AZ-ın məlumatına görə, sənədi AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və Çin şirkətinin Qlobal Strateji Tərəfdaşlıq üzrə rəhbəri Tim Sonq imzalayıb.

Anlaşma Memorandumu “Made in Azerbaijan” brendi adı altında məhsulların yeni ixrac bazarlarına çıxışına töhfə verəcək. İmzalanma “Azərbaycanda icra olunacaq layihəyə dair KOB subyektlərinin iştirakı ilə keçirilən seminar” çərçivəsində baş tutub.

Bütün xəbərlər