Husilər Avropa və Asiyanı birləşdirən sualtı kabelləri zədələyib

17:25 - 27.02.2024


27 fevral, Fineko/abc.az. Yəmənli husilər Səudiyyə Ərəbistanında Ciddə ilə Şərqi Afrikada Cibuti arasında Qırmızı dənizdə dörd sualtı kabelə ziyan vurublar.

ABC.AZ xəbər verir ki, onların zədələnməsi Avropa ilə Asiya arasında internet rabitəsində ciddi pozuntulara səbəb oldu. Fars körfəzi ölkələri və Hindistan ən çox zərərə məruz qalıb.

Zərərin təmiri təxminən 2 ay çəkə bilər.