Ona heyvandarlığın inkişafı layihəsi üçün güzəçştli kredit verildi

17:27 - 27.02.2024


27 fevral, Fineko/abc.az. Sahibkar Bəhruz Mustafa Göygöldə icra olunacaq südlük istiqamətli heyvandarlığın inkişafı layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondu-ndan 200 min manat güzəştli kredit əldə edib.

ABC.AZ xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov sosial şəbəkə hesabında bildirib.

O, bildirib ki, biznes təmsilçilərinin bu sahəyə marağı regionlarda məşğulluğun təminatı və ənənəvi kəndtəsərrüfatı sahələrinin bərpa edilməsi baxımından da əhəmiyyətlidir.