09:11 - 28.02.2024
28 fevral, Fineko/abc.az. Çərşənbə günü keçirilən hərraclarda neftin etalon markalarının qiyməti aşağı düşür.
London ICE Futures birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti saat 09:09-da $0,30 (0,36%) azalaraq bir barel üçün $82,36-a düşüb. 27 fevral ticarətinin nəticələrinə görə, Brent markalı neftin may fyuçersləri $0,99 (1,21%) artaraq bir barel üçün $82,66-a yüksəldi.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin aprel fyuçerslərinin qiyməti saat 09:09-da $0,34 (0,43%) - bir barel üçün $78,53-a düşdü. 27 fevral ticarətinin nəticələrinə görə, WTI neftinin aprel fyuçerslərinin qiyməti $1,29 (1,66%) artaraq bir barel üçün $78,87-a çatıb.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025