10:21 - 28.02.2024
28 fevral, Fineko/abc.az. Azərbaycanda manat depozit kimi investisiya cəlbediciliyini gücləndirməkdədir.
Belə ki, banklarda fiziki şəxslərin depozitləri kəskin artaraq 12.83 milyard manatı keçib.
ABC.AZ bu barədə Mərkəzi Bankın 1 fevral 2024-cü il tarixinə təqdim etdiyi statistik bülletenə istinadən xəbər verir.
Sözügedən bülletenə əsasən, banklardakı fiziki şəxslərin depozitlərinin həcmi yanvar ayında 1.98%, son bir ildə 9.8% artım nümayiş etdirib.
Artımın əsas səbəbi müddətli depozitlərdir. Müddətli – banklarda müqavilə əsasında müştəriyə faiz gəliri təklif edən depozit növüdür. Bu depozitlərin həcmi təkcə yanvar ayında 231.16 mln. manat və ya 3.36% artaraq 7 mlrd. 113.2 mln. manata yüksəlib.
5 Dekabr 2024
5 Dekabr 2024
5 Dekabr 2024
5 Dekabr 2024
3 Dekabr 2024
3 Dekabr 2024
3 Dekabr 2024
3 Dekabr 2024
3 Dekabr 2024