Su ehtiyatlarımız kəskin azalıb - Agentlik sədri

11:08 - 28.02.2024


28 fevral, Fineko/abc.az. COP29 dünya ölkələrinin yekdil qərarı ilə Bakıda keçiriləcək.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin  komitələrinin birgə təşkilatçılığı ilə keçirilən dinləmədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib.

Sədr bildirib ki, dünyada baş verən qlobal iqlim dəyişikliklərinin su ehtiyatlarına mənfi təsiri getdikcə artmaqdadır:

“Azərbaycan su ehtiyatları olduqca məhdud ölkədir. 30 milyard kub metr yerüstü su ehtiyatımız var. Son baş verən iqlim dəyişikliklərindən sonra bu ehtiyatlarımız kəskin azalıb, 2022-ci ildə cəmi 17 milyard təşkil edib. Bunun da 4,8 milyard kub metri daxildə formalaşıb, qalanı isə qonşu ölkələrdən daxil olub. Yeni su mənbələrinin yaradılması tələb olunur. Tullantı su təchizatlarının yaxşılaşdırılması bizim siyasətin prioritet istiqamətlərindəndir”.