Güclü hesabatdan sonra eBay səhmləri yüksəlir

11:14 - 28.02.2024


28 fevral, Fineko/abc.az. 4-cü rübün güclü nəticələri və dividend artım proqnozları dərc edildikdən sonra eBay səhmləri artmaqdadır.

Səhmlər 27 fevral tarixində keçirilən ticarət zamanı 3% artıb. Onlayn marketplace-in rüblük nəticələri analitiklərin təxminlərini üstələyib.

ABC.AZ xəbər verir ki, e-ticarət şirkəti həmçinin dividendlərini iki sent artırdı və 2 milyard dollarlıq səhmlərin geri satın alma proqramı elan etdi.

eBay-ın 4 maliyyə rübündə xalis gəliri 728 milyon dollara və ya bir səhm üçün 1,07 dollara yüksəldi, bir il əvvəl eyni rübdə xalis mənfəət 671 milyon dollar və ya hər səhm başına 1,07 dollar təşkil etmişdi. Gəlir bir il əvvəl 2,51 milyard dollardan 2,56 milyard dollara yüksəldi.

eBay, 1-ci rüb üçün 2,5 milyard ilə 2,54 milyard dollar arasında satış proqnozu təqdim etmişdi, analitiklər isə 2,53 milyard dollar proqnozlaşdırdılar.