ABŞ Çin iqtisadiyyatının getdikcə daha çox sektoruna qarşı sanksiyalar tətbiq edir

11:42 - 28.02.2024


28 fevral, Fineko/abc.az. ABŞ-ın Çinə qarşı texnoloji blokadası iqtisadiyyatın daha çox sahələrinə təsir edir.

ABC.AZ xəbər verir ki, ABŞ Senatının Komitəsi bəyan etmişdi ki, 6 martda Federal qurumların Çin biotexnologiya şirkətləri olan BGI, Vuxi AppTec və digərləri ilə müqavilə bağlamasını qadağan edən bir qanun layihəsinə dair dinləmələr keçirəcək.

Senatın qanun layihəsi və Nümayəndələr Palatasındakı analoji qanunvericiliklə bağlı xəbərlər, Çin biotexnologiya sektorunun ABŞ-ın Çinin elmi və texnoloji inkişafının qarşısını almaq strategiyası üçün yeni bir hədəf ola biləcəyindən qorxaraq son həftələrdə bir neçə Çin biotexnologiya şirkətinin səhmlərinin düşməsinə səbəb oldu.

Bütün xəbərlər