Virtual aktiv xidməti təminatçılarına məhdudiyyətlər tətbiq edilə bilər

11:49 - 28.02.2024


28 fevral, Fineko/abc.az. Azərbaycan qanunun tələblərinə əməl etməyən və ya əməl etməkdən boyun qaçıran virtual aktiv xidməti təminatçıların (kriptovalyuta birjaları, kriptovalyuta cüzdanları və.s) fəaliyyətinə məhdudiyyətlər tətbiq edə bilər.

ABC.AZ xəbər verir ki, bu barədə Maliyyə Monitorinqi Xidmətindən “OKX” və “ByBit” kriptobirjalarına girişin bloklanması ilə bağlı sorğunu cavablandırarkən bildirilib.

“Virtual aktiv xidməti təminatçıları maliyyə institutu olmaqla öhdəlik daşıyan şəxs statusuna malikdirlər. Öhdəlik daşıyan şəxslər işgüzar münasibətlər yaratdıqları müştərilərinə münasibətdə müştəri uyğunluğu tədbirləri (müştərilərin və onların benefisiar mülkiyyətçilərinin şəxsiyyətinin eyniləşdirilməsi və onların sənədlər əsasında verifikasiya edilməsi) tətbiq etməli, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı effektiv mübarizə üçün daxili nəzarət proqramına malik olmalıdırlar”, – monitoriq xidmətindən bildirilib.

Bütün xəbərlər