Əsgərlərimiz əlverişsiz hava şəraitində yolu azdılar - Rəsmi

12:22 - 28.02.2024


28 fevral, Fineko/abc.az. Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

ABC.AZ xəbər verirki, bu barədə Müdafiə Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib.

Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Bütün xəbərlər