İran region ölkələrinə açıq su marşrutlarına çıxış imkanı verir – ölkənin nazir müavini

12:31 - 28.02.2024


28 fevral, Fineko/abc.az. İran öz tranzit yolları vasitəsilə region ölkələrinə açıq su marşrutlarına çıxış imkanı verir.

ABC.AZ xəbər verir ki, bu barədə İranın nəqliyyat nazirinin müavini Dariuş Amani bildirib.

Məlumata görə, Armani fevralın 20-dən 23-dək Cenevrədə keçirilən Birləşmiş Millətlər Təşkilatının daxili nəqliyyat Komitəsinin (ITC) 86-cı sessiyasında çıxış edib.

O, beynəlxalq daşımaların diplomatik inkişafının vacibliyini və region ölkələrinin İran ərazisindən keçən bütün mövcud tranzit marşrutları vasitəsilə açıq su yollarına maksimum tranzit çıxışını təmin etməyə hazır olduğunu vurğulayıb.

Amamni həmçinin avtomobil nəqliyyatının böyüməsini də müzakirə etdi və bunun ətraf mühitə mənfi təsirləri azaltmaq üçün təşəbbüslər tələb edildiyini vurğuladı.

Bütün xəbərlər