“ABB Agile” təcrübəsini sahibkarlarla paylaşıb

13:49 - 28.02.2024


ABB-nin bir qrup sahibkar müştərisi üçün bankın “Agile” ofisinə infotur təşkil edilib. Onlara “Agile” iş metodu barədə ətraflı məlumat verilib. ABB-də tətbiq edilən “Agile” təcrübə haqqında söhbət açılıb. Müştərilər bankın ayrı-ayrı “Agile” struktur bölmələri ilə tanış olublar.

“Agile” təcrübənin ən mühüm cəhətlərindən biri müştərilərlə müntəzəm kommunikasiyalardır. Müştərilərin layihələrə cəlb edilməsi, onların faydalı rəylərinin alınması məhsul və xidmətlərin daha da mükəmməlliyinə xidmət edir. Bu cür infoturların məqsədi də müştərilərin “Agile” iş prinsipləri barədə məlumatlılıq səviyyəsinin artırılması, məhsul və xidmətlərin yaradılması prosesində onların fəal iştirakının təmin olunmasıdır.

Sahibkar müştərilərə ABB-nin bizneslər üçün yaratdığı yeni imkanlar haqqında da ətraflı məlumatlar təqdim edilib. O cümlədən, məsafədən hesabın açılması, biznes kartları, SİMA elektron imzasından istifadə, xidmət paketləri, POS-terminal və e-ticarət həlləri, investisiya imkanları və s. haqqında geniş təqdimatlar olub. Sahibkarları maraqlandıran suallar cavablandırılıb. İnfoturda 20-dən çox şirkətin nümayəndəsi iştirak edib.

Qeyd edək ki, “ABB Agile” metodologiyasının tətbiqinə 2020-ci ildə bankın Rəqəmsal laboratoriyasında başlanılıb. Hazırda bankda 17 “Agile” struktur fəaliyyət göstərir. Bu strukturlarda 600-dən çox əməkdaş çalışır. Bank yeni məhsul və xidmətlərini “Agile” metodologiyası əsasında yaradaraq inkişaf etdirir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.

Bütün xəbərlər