“Bitcoin”in qiyməti 59 min dolları keçdi

14:03 - 28.02.2024


28 fevral, Fineko/abc.az. “Bitcoin”in məzənnəsi 2021-ci il 20 noyabr tarixindən bəri ilk dəfə 59 min dolları keçib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 11:51-ə olan məlumata görə, “Bitcoin” artımını bir qədər ləngitərək 58 959 dollara (+4.47%) düşüb.

Bitkoinin qiyməti sonuncu dəfə 20 noyabr 2021-ci ildə 59 min dolları keçib. Fevralın 26-dan onun dəyəri 8 min dollardan çox artıb.

Bütün xəbərlər