Əcnəbilər yanvarda bank kartları ilə Azərbaycanda 188 milyon manat həcmində pul xərcləyiblər

14:25 - 28.02.2024


28 fevral, Fineko/abc.az. Azərbaycana gələn əcnəbilər bank kartları ilə 2024-ci ilin yanvar ayında 188 milyon manat həcmində pul xərcləyiblər.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında qeyd edilib. Ölkənin əsas Bankının məlumatına əsasən, bu da 2023-cü ilin dekabrı ilə müqayisədə 7% az, həmin ilin yanvarı ilə müqayisədə 9.6% çoxdur.

Belə ki, dekabrda 202.8 mln. manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə 171.6 mln. manatlıq əməliyyatlar aparılmışdı.

Yanvarda ümumi əməliyyatların həcmi  6.34 mln. ədəd olub.