Azərbaycanda bu sektorlar üzrə inam indeksləri açıqlanıb

14:48 - 28.02.2024


28 fevral, Fineko/abc.az. Azərbaycanda yanvar üzrə sənayenin, pərakəndə ticarət, tikinti və xidmət sektorundakı inam indeksləri açıqlanıb.

ABC.AZ xəbər verir ki, bunla bağlı Mərkəzi Bankın bülletenində qeyd edilir.

Sənayenin inam indeksi dekabrda -3.29 bənddən yanvarda -2.93 bəndə yüksəlib. İqtisadiyyatda mühüm payı olan tikinti sektorunun inam indeksi -2.54 bənddən -2.05 bəndə, pərakəndə ticarət 15.09 bənddən 18.55 bəndə, xidmət isə 39.55 bənddən 41.14 bəndə qədər yüksəlib.

Bütün xəbərlər