Provayderlərə xəbərdarlıq edilib

15:02 - 28.02.2024


28 fevral, Fineko/abc.az. Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) istehlakçılar arasında əsassız məlumatları yaymaqla sui-istifadə hallarına yol verən bəzi provayderlərlə bağlı şikayətlər daxil olur.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) ABC.AZ-a verilən məlumata görə, İKTA-ya daxil olan şikayətlərdən müəyyən edilir ki, rəqib internet provayderlərin əməkdaşları və onların xidmətlərinin satışı ilə məşğul olan şəxslər digər provayderlərin abunəçiləri ilə fərdi qaydada görüşərək onlara xidmət göstərən provayderin təsərrüfat fəaliyyəti haqqında həqiqətə uyğun olmayan şayiələr, o cümlədən həmin provayderin fəaliyyətinin dayandırılacağı, müflis olması, külli miqdarda borclarının olması və bu kimi rəqib provayderi nüfuzdan salan müştərinin çaşdırılması və aldadılmasına yönəlmiş hərəkətlər etməklə yanlış məlumatların yayılması halları müşahidə edilir.

Agentliyə daxil olan şikayətlərdə səslənən iddialara görə, bu hərəkətlərlə həmin internet provayderləri abunəçini rəqibin xidmətindən imtina etməyə sövq edərək öz tərəflərinə çəkmək məqsədi güdürlər.

Bütün xəbərlər