15:13 - 28.02.2024
28 fevral, Fineko/abc.az. Polşa fermerləri vaqonlardan Mərakeşə gedən 160-180 ton Ukrayna taxılını yerə töküblər və dəymiş ziyanı ödəməlidirlər.
ABC.AZ xəbər verir ki, bu barədə Ukraynanın aqrar siyasət və qida nazirinin müavini Taras Vısotski bildirib.
O, Polşada etirazçıların taxıl səpməsi halları ilə bağlı cinayət işlərinin başlandığını da təsdiqləyib.
Hazırda Kiyev və Varşava arasında münasibətlər Polşa fermerləri və sərhəd keçid məntəqələrinin daşıyıcıları tərəfindən bloklandığı üçün gərginləşib.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025