“Xalq Sığorta” ASC-nin yığımları 75 faiz azalıb - Hesabat

15:17 - 28.02.2024


28 fevral, Fineko/abc.az. “Xalq Sığorta” ASC-nin 2024-cü ilin yanvar ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, bu il də şirkətin yığımlarında azalma tendensiyası davam edib.

Belə ki, Şirkət yanvar ayında 1,150 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2023-cü  ilin eyni ayı ilə müqayisədə 3.445 mln. manat və ya 75% azalma deməkdir. Ötən ilin eyni dövründə bu göstərici 4.595 mln.manat təşkil edirdi.

Xatırladaq ki, “Xalq Sığorta” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58 750 500 manatdır.

Bütün xəbərlər