15:25 - 28.02.2024
28 fevral, Fineko/abc.az. Azərbaycan şirkəti Jeleznovodsk şəhərinin xüsusi iqtisadi zonasında üç sanatoriyanın tikintisinə 9 mlrd. rubla (165,6 mln. manat) yaxın sərmayə qoymağı planlaşdırır.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu kurortun rəhbəri Yevgeniy Bakulin Mineralnıye Vodıda keçirilən XII Rusiya-Azərbaycan regionlararası forum çərçivəsində deyib.
“İnvestorlar yenidən Jeleznovodsk xüsusi iqtisadi zonasına maraq göstəriblər. Azərbaycanlı investor ümumi sahəsi 9 hektar olan üç torpaq sahəsi üçün müqavilə bağlayıb. İnvestisiyaların həcmi təxminən 9 milyard təşkil edəcək”, – Yevgeniy Bakulin qeyd edib.
Onun sözlərinə görə, 600 otaqlı və 1200 çarpayılıq üç sanatoriyanın tikintisi nəzərdə tutulub.
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024