İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində pozuntular aşkarlandı

15:33 - 28.02.2024


28 fevral, Fineko/abc.az. Hesablama Palatasının 2023-cü il üzrə İş planına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində həyata keçirilmiş dövlət satınalmalarının hüquqi aktlara uyğunluğuna dair audit aparılıb.

Hesablama Palatasından verilən xəbərə görə, audit 1 yanvar 2022-ci il tarixindən 31 dekabr 2022-ci il tarixinədək olan dövrdə həyata keçirilmiş ümumilikdə 398,3 mln. manat məbləğində 253 satınalma müqaviləsini əhatə edib.

Satınalmaların təşkili və müqavilələrin icrası ilə bağlı ilkin satınalma planının müvafiq portalda yerləşdirilməsi, bir mənbədən satınalma metodundan istifadənin payının 20,0%-dən az olması, satınalmalarda qalibin seçilməsi zamanı əksər hallarda aşağı qiymət meyarına əsaslanılması, ortalama iştirakçı sayının minumum tələblərinə əməl edilməsi, müqavilələr üzrə ödəniş müddətlərinə əsasən riayət olunması müsbət hallar kimi qeyd edilməlidir.

Dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələblərinə riayət edilməyərək bir mənbədən satınalma metodu ilə malların (işlərin və xidmətlərin) satın alınması zamanı ehtimal olunan qiymətin hesablanmaması bəzi hallarda bağlanılmış və icra olunmuş satınalma müqavilələri üzrə icarəyə götürülmüş obyektlər üzrə icarə qiymətlərinin mövcud bazar qiymətindən yüksək olmasına səbəb olub.

Bütün xəbərlər