Yanvarda Banklar əhaliyə 62 milyon manat depozit faizləri ödəyiblər

15:46 - 28.02.2024


28 fevral, Fineko/abc.az. Azərbaycandakı banklar 2024-cü ilin yanvar ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 62.1 milyon manatlıq faiz ödəyiblər.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 14.1 milyon manat və ya 29.4% artıb. 2023-cü ilin ilk ayında banklar 48 milyon manatlıq depozit faizləri ödəmişdilər.

Bütün xəbərlər