“Maxi.az” mağazalar şəbəkəsi müştərilərin üzərindən bunu edirmiş - Anbardar həbs edildi

16:19 - 28.02.2024


28 fevral, Fineko/abc.az. Müştərilərin telefonunu lombarda qoyub, kredit götürən “Maxi.az” mağazalar şəbəkəsinin anbardarı həbs edilib.

ABC.AZ xəbər verir ki, 1989-cu ildə Bakı şəhərində anadan olmuş Vüsal Haqverdiyev müştərilərə məxsus 14 ədəd “Apple” markalı müxtəlif “iPhone”, 2 ədəd “Xiaomi”, 1 ədəd “Samsung” markalı mobil telefonları, 2 ədəd “Airpods” və 1 ədəd “iPhone” elektron saatı lombarda qoyub.

Vüsal Haqverdiyev 2018-ci ilin yanvar ayından 2023-cü ilin 28 fevral tarixədək “Maxi.az” mağazalar şəbəkəsinin Nərimanov rayonunda yerləşən “Texno servis” mərkəzində anbardar vəzifəsində çalışıb. O, 20 iyun 2022-ci il tarixdən 28 fevral 2023-cü il tarixədək cəmiyyətin qeyd olunan ünvanda yerləşən anbarından müxtəlif növ, ümumilikdə 40840 manat dəyərində mobil cihazı müştərilərə təhvil verməli olduğu halda götürərək istintaqa məlum olmayan müxtəlif lombardlarda girov qoyub kredit götürərək, şəxsi ehtiyaclarına xərcləyib.

Bütün xəbərlər