Nəm salfet istehsalı üçün daha bir sahibkara kredit ayrıldı

16:58 - 28.02.2024


28 fevral, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu nəm salfetlərin istehsalı layihəsinə 120 min manat güzəştli kredit ayırıb.

ABC.AZ xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, bu məbləğ fərdi sahibkar Fərid Bağırova ayrılıb.

Bütün xəbərlər