17:01 - 28.02.2024
28 fevral, Fineko/abc.az. Misir beynəlxalq səyahətçilər üçün getdikcə populyar bir məkana çevrilir: Qahirə, Şarm əl-Şeyx, Hurghada və İsgəndəriyyə kimi şəhərlər Şimali Afrikada ən çox ziyarət edilənlər arasındadır.
ABC.AZ xəbər verir ki, məlumata görə, bu ilin fevral ayında Misir paytaxtının hava limanı 53 müxtəlif aviaşirkətə xidmət edib, onların xarici reyslərinin sayı isə 6345-ə çatıb.
Misir xaricində ən geniş coğrafiyaya sahib ən çox uçuş təklif edən daşıyıcı “Egyptair”, ardınca “Saudia” olub.
Mütəxəssislər qeyd edirlər ki, Qahirə hava limanı strateji mərkəz və Şimali Afrikanın əsas “qapısı” hesab edilir. Bu, Misirin ən böyük və ən işlək hava limanıdır və 124-dən çox ölkədə 50-dən çox istiqamətə fasiləsiz sərnişin uçuşları həyata keçirir.
Qahirə hava limanı hazırda Afrika, Asiya, Avropa, Yaxın Şərq və Şimali Amerika ilə bağlıdır.
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025