17:11 - 28.02.2024
28 fevral, Fineko/abc.az. Macarıstanda dörd və ya daha çox uşağı olan qadınlar ömürlük gəlir vergisindən azad edilir.
ABC.AZ xəbər verir ki, bu, 2015-ci ildə başlayan və qadınları daha çox uşaq sahibi olmağa təşviq etmək məqsədi daşıyan iqtisadi stimul paketinin bir hissəsidir. Bura həmçinin mənzil yardımı, faizsiz kreditlər və ipoteka endirimləri də daxildir.
2020-ci ilin fevral ayından etibarən Macarıstanda süni mayalanma pulsuzdur.
Macarıstanda, bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, əhali azalır, doğum nisbəti isə qadın başına yalnız 1.45 uşaq təşkil edir ki, bu da əhalinin sayını saxlamaq üçün lazım olan 2.1-dən xeyli aşağıdır.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025