“Mətanət” MMC bu istehsal üçün 5 milyon manat sərmayə qoyacaq

17:20 - 28.02.2024


28 fevral, Fineko/abc.az. “Mətanət” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı-nın rezidenti statusu verilib.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. 

Şirkət tərəfindən Sənaye Parkının ərazisində quru inşaat qarışıqlarının istehsalı müəssisəsi yaradılacaq.

İnvestisiya dəyəri 5 milyon ₼ olan müəssisədə 60 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Bütün xəbərlər