Putin: Rusiya-Azərbaycan tərəfdaşlığı xalqlar arasında etimadı gücləndirir

17:52 - 28.02.2024


28 fevral, Fineko/abc.az. Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq xalqlar arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə mühüm töhfə verir.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin 12-ci Rusiya-Azərbaycan Regionlararası Forumunun iştirakçılarını salamlayarkən bu gün bildirib.

Vladimir Putin salamlama nitqində deyib: “Regionlar üzrə əməkdaşlıq Rusiya-Azərbaycan strateji tərəfdaşlığının və müttəfiqliyinin mühüm tərkib hissəsidir, xalqlarımız arasında etimad və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə böyük töhfə verir, qarşılıqlı faydalı ticarət, investisiya və humanitar əlaqələrin təşviqi imkanlarını genişləndirir, hər iki ölkə vətəndaşlarının rifah halının yüksəldilməsinə şərait yaradır”.

Rusiya prezidentinin vurğuladığı kimi, diqqət mərkəzində sənaye və kənd təsərrüfatı sahələrində kooperasiyanın inkişafının müxtəlif aspektləri, kiçik və orta sahibkarlığa dəstək, ətraf mühitin mühafizəsi üzrə birgə layihələrdir.

Bütün xəbərlər