“Bakı Sığorta”nın yığımları bu qədər azalıb

10:09 - 29.02.2024


29 fevral, Fineko/abc.az. “Bakı Sığorta” ASC-nin 2024-cü ilin yanvar ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

ABC.AZ-ın ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.

Şirkət yanvar ayında 260 min manat həcmində sığorta haqqı toplayıb. Bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 48% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 501 min manat təşkil etmişdir.

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə “Tural Sığorta” adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8.925 milyon manatdır.

Bütün xəbərlər