“WhatsApp” messencerində daha bir funksiya işə düşür

10:23 - 29.02.2024


29 fevral, Fineko/abc.az. “WhatsApp” messencerində QR-kodların “chat” vasitəsilə mübadiləsi mümkün olacaq.

ABC.AZ xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Qeyd edək ki, hazırda QR-kodu yalnız tətbiqin parametrləri bölməsi vasitəsilə paylaşmaq mümküdür ki, bu da əlavə vaxt tələb edir, mütəxəssislər qeyd edirlər.

Yenilik hələ ki inkişaf mərhələsindədir və gələcək proqram yeniləməsində əlçatan olacaq.

Bütün xəbərlər