Rusiyanın “Tinkoff” bankı bankomatlarda yuan mübadiləsinə başlayıb

10:30 - 29.02.2024


29 fevral, Fineko/abc.az. “Tinkoff” bankı Moskva, Sankt-Peterburq, Volqoqrad, İrkutsk və Soçi bankomatlarında yuan mübadiləsinə başlayıb.

ABC.AZ xəbər verir ki, Çin valyutasının alınması əməliyyatlarına aylıq nağd pul çıxarma məhdudiyyətləri aid deyil.

2023-cü ilin oktyabr ayında “Tinkoff Bank” müştərilərə rubl hesabından bankomatlardan valyuta almağa imkan verən texnoloji bir həll hazırlamışdı, onlar artıq rublları dollar və avroya dəyişə bilərlər. Rubl ilə məzənnə və alış məbləği valyuta mübadiləsi günü avtomatik olaraq hesablanır.

Bütün xəbərlər