İyulun 28-də gözlənilən hava haqqında məlumat

14:42 - 27.07.2018


27 iyul, Fineko/abc.az. Sabah, iyulun 28-də Bakıda və Abşeron yarımadasında hava  yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək.

Abşeronda gecə 25-28, gündüz 32-37, Bakıda gecə 26-28, gündüz 35-37 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı, yəni 756 mm civə sütunu, nisbi rütubət gecə 60-70%, gündüz 35-45% təşkil edəcək.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) sabah dəniz suyunun temperaturu 27-28, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 28-29 dərəcə isti təşkil edəcək.

Mülayim şimal-şərq küləyi və zəif dalğalanma çimərliklərdə əlverişli şərait yaradacaq.

Azərbaycanın rayonlarında iyulun 28-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Gecə 22-27, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti olacaq.

 

 

Bütün xəbərlər