Azərbaycanda ən sürətlə artan avtomobil markaları - Siyahı

11:07 - 29.02.2024


29 fevral, Fineko/abc.az. Azərbaycanın avtomobil parkında 2023-cü ildə ən sürətlə artan markalar məlum olub.

ABC.AZ Banker-ə istinadən xəbər verir ki, son bir ildə avtomobil parkında say baxımından ən sürətlə yüksələn Cənubi Koreya avtomobil markası olan “Hyundai”dır.

Ötən ilin əvvəli 105 833 “Hyundai” minik avtomobil markası 2024-cü ilin əvvəlinə 126 056 olub ki, bu da illik 20 223 və ya 19% artım deməkdir.

İkinci sıranı da C.Koreya markası tutur. KIA son bir ildə sayları 67 135 ədəddən 84 258 ədədə qalxmaqla illik 17 123 ədəd və ya 26% artım nümayiş etdirir.

Üçüncü sırada da Asiya avtomobil markasıdır. Belə ki, “Toyota” son bir ildə 9 664 ədəd və ya 10% artımla 104 605 ədəd təşkil edib.

Bütün xəbərlər