Köçkünlərdən sonra xidməti mənzillərin taleyi necə olacaq?

11:13 - 29.02.2024


29 fevral, Fineko/abc.az. Ombudsman hazırda yataqxana və qəzalı binalarda yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onların işğaldan azad edilmiş ərazilərə köçürülən keçmiş məcburi köçkünlər tərəfindən təhvil verilmiş xidməti mənzillərə müvəqqəti olaraq köçürülməsini məqsədəmüvafiq hesab edir.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Qeyd edilib ki, qaçqınlar, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hüquqlarının təmin edilməsi məsələləri Ombudsmanın diqqət mərkəzində olmuşdur.