Hərbi qulluqçulara hərbi rütbələrə görə ödənilən pul artırıla bilər - Təklif

11:26 - 29.02.2024


29 fevral, Fineko/abc.az. Ombudsman hərbçilərin sosial müdafiəsinin yaxşılaşdırılması üçün bir sıra təkliflər verib.

ABC.AZ-ın məlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Qeyd edilib ki, hərbi qulluqçulara (müddətli həqiqi hərbi qulluqçular istisna olmaqla) tutduqları vəzifəyə görə ödənilən pul təminatı artırılsın. Eyni zamanda hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onlara ərzaq üçün ödənilən aylıq pul kompensasiyasının məbləğinin ölkə üzrə minimum istehlak səbətinin tərkibindəki ərzaq məhsullarının aylıq dəyərinə uyğunlaşdırılması həyata keçirilsin.

Hərbi qulluqçulara hərbi rütbələrə görə ödənilən pul təminatının məbləği artırılması təklifi də hesabatda əksini tapıb.

Bütün xəbərlər