“Hesab.az” ödəniş sisteminin səhmdarları nizamnamə kapitalını artıracaq

11:44 - 29.02.2024


29 fevral, Fineko/abc.az. Azərbaycanda “Hesab.az” ödəniş sisteminin sahibi olan “Qoldenpey” ASC və ya “Golden Pay” mart ayının 29-də səhmdarlarının toplantısının keçiriləcəyini elan verib.

ABC.AZ xəbər verir ki, Səhmdarların növbədənkənar Ümumi Yığıncağının iclası şirkətin baş ofisinin iclas zalında keçiriləcək.

İclasın gündəliyinə nizamnamə kapitalının artırılması, nizamnaməsində dəyişiklik və s. kimi məsələlər müzakirə ediləcək.