Xaricə ən çox məhsul satan şirkətlərimiz - Siyahı

12:10 - 29.02.2024


29 fevral, Fineko/abc.az. “İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2024-cü ilin yanvar ayında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

ABC.AZ xəbər verir ki, 2024-cü ilin yanvar ayı üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “My Fruit” MMC, Muradova Sahibə Səlimət qızı, “P-Aqro” MMC, “Soil Boons” MMC, “Ümüd 059” MMC, “EA-Fruits” MMC, “Gözəl Təbiət” MMC, “Binə Aqro” QSC,  “STP Global Cable” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə ARDNŞ-nın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Azərenerji” ATSC, “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “İqlim Elmi-İstehsalat Müəssisəsi” MMC.

Bütün xəbərlər