Türkiyədə ölkə iqtisadiyyatının artımı qiymətləndirilib

12:21 - 29.02.2024


29 fevral, Fineko/abc.az. 2023-cü ildə Türkiyə iqtisadiyyatının artımı 4,5% təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə ölkənin Statistika İnstitutu (TÜİK) məlumat verib.

2022-ci ildə ÜDM-də 5,6% artım qeydə alınmışdı.

"İstehsal metoduna görə, zəncir indeksi üzrə dörd dövrün cəmlənməsi ilə əldə edilən illik ÜDM 2023-cü ildə əvvəlki ilə nisbətən 4,5% artıb”, — deyə məlumatda bildirilir.

2023-cü ildə adambaşına düşən ÜDM 13 min 110 dollar olaraq hesablanmışdır.