Yanvarda bu məhsulların ixracı artıb - Hesabat

12:30 - 29.02.2024


29 fevral, Fineko/abc.az. 2024-cü ilin ilk ayı ərzində bitki və heyvan mənşəli piylər və yağların ixracı 31,9%, meyvə-tərəvəz ixracı 21,2%, alüminium və ondan hazırlanan məmulatların ixracı isə 17,4% artıb.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın fevral sayında öz əksini tapıb.

Sözügedən sayda qeyd edilib ki, cari ilin yanvar ayı ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,5% artaraq 74,1 milyon ABŞ dolları təşkil edib.

Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər 15,4 milyon ABŞ dolları təşkil edib.

Bütün xəbərlər