Valyuta hərracında bankların tələbi 24% azalıb

12:33 - 29.02.2024


29 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, fevralın 29-da valyuta hərracında bankların tələbi 80 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, son hərracdan 25,1 milyon dollar və ya 23,9% azdır.

Fevralın 27-də keçirilən valyuta hərracında AMB banklara 105,1 milyon dollar satıb.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.

Bütün xəbərlər