Yanvarda ixrac edilən qeyri-neft sektoru mallarının siyahısında o birincidir

14:14 - 29.02.2024


29 fevral, Fineko/abc.az  2024-cü ilin yanvar ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (75,6 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (47,5 milyon ABŞ dolları) ikinci və Gürcüstan (25,1 milyon ABŞ dolları) üçüncü  olub.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın fevral sayında öz əksini tapıb. Sözügedən sayda qeyd edilib ki, 2024-cü ilin yanvar ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (28,8 milyon ABŞ dolları) birinci, xurma (17,1 milyon ABŞ dolları) ikinci və pomidor (tomat) (16,6 milyon ABŞ dolları) üçüncü olub.

Bütün xəbərlər