Azərbaycanlı qadın sahibkar ixracatçıların reytinqindı çoxlarını qabaqladı

14:32 - 29.02.2024


29 fevral, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın yanvar sayında, qeyri-neft sektoru üzrə 2024-cü ilin yanvar ayında həyata keçirilən ixracla bağlı qeyri-dövlət (özəl) ixracatçı subyektlərin reytinqi də yer alır.

ABC.AZ xəbər verir ki, qeyri-neft məhsullarının ilk 10 özəl ixracatçısı siyahısında fiziki şəxs Muradova Sahibə Səlimət qızı da yer alır.

Muradova Sahibə Səlimət qızı 3.3 milyon dollarlıq ixracı ilə 2024-cü ilin yanvar aylarında qeyri-neft sektoru üzrə özəl ixracatçı subyektlərin reytinqində 3-cü yeri tutub.

2023-cü ilin eyni dövründə isə ixracı olmamışdır.

Bütün xəbərlər