“AtaSığorta”ya yeni sədr təyin edilib

14:45 - 29.02.2024


29 fevral, Fineko/abc.az. “AtaSığorta” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.

ABC.AZ  sığorta şirkətinə istinadla xəbər verir ki, sədr vəzifəsini müvəqqəti icra edən Seymur Əliyev “AtaSığorta”nın İdarə Heyətinin sədri seçilib.

Qeyd edək ki, nizamnamə kapitalı 14,6 milyon manat olan “AtaSığorta” ASC-nin səhmlərinin 100 %-i "Ata Holdinq" MMC-yə məxsusdur.

Bütün xəbərlər