Teleqram kanal sahibləri reklam gəlirlərini belə əldə edəcək

15:00 - 29.02.2024


29 fevral, Fineko/abc.az. Teleqram kanallarının sahibləri 2024-cü ilin mart ayından etibarən reklam gəlirlərini 50 faizədək alacaqlar.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Telegram”ın təsisçisi Pavel Durov bildirib.

O qeyd edib ki, pul köçürməsi TON blokçeyn vasitəsilə həyata keçiriləcək. Buna görə, teleqram kanallarının sahibləri “toncoin” – “Open Network”da istifadə olunan kriptovalyutada gəlir əldə edəcəklər.

“Mart ayında teleqram reklam platforması rəsmi olaraq 100-ə yaxın ölkədə bütün reklamçılar üçün açıq olacaq. Bu ölkələrdəki kanal sahibləri teleqramda reklam yayımlamaqdan əldə etdikləri gəlirin 50 faizini almağa başlayacaqlar”, – deyə Durov bildirib.

Bütün xəbərlər