Amerikanın “Wendy’s” fast foodu dünyada ilk dəfə dinamik qiymətlərə keçəcək

15:09 - 29.02.2024


29 fevral, Fineko/abc.az. ABŞ-ın “Wendy’s” fast food şəbəkəsi 2025-ci ildə dinamik qiymətlərlə yeni menyu formatını sınaqdan keçirəcək.

ABC.AZ xəbər verir ki, bütün qida və içkilərin qiymətləri tələbdən asılı olaraq gün ərzində dəyişəcək. Müəssisədə az adam olacaqsa, qiymətlər həmişəkindən aşağı olacaq.

Eyni zamanda, tələb artarsa, şirkət qiymətləri standart qiymətlərdən yuxarı qaldırmayacağını vəd edir.
Dinamik qiymət etiketləri yalnız müstəqil sifariş terminallarında və tətbiqdə göstəriləcək. 
“Wendy’s” yeni terminallara 20 milyon dollar, tətbiqin yenilənməsinə isə 15 milyon dollar xərcləyəcək. Şirkət özünə xidmət terminalları vasitəsilə satış həcminin 2 milyard dollara çatacağını gözləyir.

Bütün xəbərlər