Məşhur “Ətçilər” adlanan ərazi sökülür - Foto

15:58 - 29.02.2024


29 fevral, Fineko/abc.az. Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində “Ətçilər” adı ilə tanınan ərazi ləğv edilir.

ABC.AZ xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Artıq sözügedən küçədəki ticarət və iaşə obyektlərinin söküntüsünə başlanıldığı, 20-dən artıq kafenin söküldüyü bildirilir.

Mövzu ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, son zamanlar dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayan kafe və ət kəsimi məntəqələrinin işçiləri ərazidəki səkilərin zəbt edilməsinə və vətəndaşların normal gediş-gəlişinə maneə törədilməsinə səbəb olmuşlar. Həmçinin ərazidəki kafe və ət dükanlarının fəaliyyəti antisanitariyaya yol açmış və nəticədə ətraf binalara tüstünün yayılması halları müəyyən edilmişdir. Bütün bunları nəzərə alaraq ərazidə qayda-qanunun və səliqə-səhmanın yaradılması istiqamətində müvafiq tədbirlər görülüb. Hal-hazırda ərazidəki səkilər insanların normal hərəkəti üçün boşaldılıb, qanunsuz iaşə obyektləri sökülüb və küçədə səliqə-səhman yaradılıb”.

Bütün xəbərlər